İlon Mask KASIBLADI

8 Aprel 2025 20:07

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Maskın sərvəti 2024-cü ilin noyabrından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in (BBI) məlumatları sübut edir.

"Mask bazar ertəsi "Tesla"nın səhmləri ucuzlaşmağa davam etdikdən sonra 4.4 milyard dollar itirib və nəticədə onun ümumi sərvəti 297.8 milyard dollar olub", - deyə məlumatda bildirilib.

Ümumilikdə, İlon Mask 2025-ci ilin əvvəlindən bəri 134.7 milyard dollar itirib.

BBI-nin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə idxal rüsumlarını elan etməsindən sonra dünyanın ən varlı adamları ümumilikdə 208 milyard dollar zərər görüblər.

Milli.Az