Aparıcı və prodüser Tarix Əliyev (Tolik) mərhum Əməkdar artist Cavanşir Məmmədovdan söz açıb.
Milli.Az bildirir ki, Tolik aparıcısı olduğu "Tarixin bir günü" verilişində bildirib ki, sənətkar dünyasını dəyişəndən sonra nəşi evinə aparılmayıb, həyətdə qalıb.
"Cavanşir Məmmədovun nəşini evinə niyə qaldırmadılar? Onun meyitini həyətdə qoydular. Başa düşə bilmirəm niyə belə oldu ki? Cavanşir mənim atamın dostu olub. Cavanşir elə bir kişi deyildi ki, öz qəbir daşının üzərinə Tolikin adı yazılmış çələngə möhtac olmamalı idi. Cavanşirin məzarının üstündə 20 dənə çələng olmalı idi. Niyə olmadı? Bu günlərdə Cavanşir Məmmədova həsr olunan veriliş görmədim. O, öləndə hamı gedib onun dəfn olunmasını canlı yayımla nümayiş etdilər. Əvvəllər Firuzə İbadova ilə Cavanşir Məmmədovu tez-tez efirlərinizə çağırırdınız. İndi isə Firuzə xanımı çağırırsınız verilişlərinizə, amma Cavanşir Məmmədovla bağlı bir sual belə vermirsiniz. Bəlkə Firuzə xanım özü bu haqda danışmaq istəmir. Bunu bilmirəm", - deyə Tolik vurğulayıb.
Qeyd edək ki, C. Məmmədov ötən il 70 yaşında qəfil ürəktutmasından yaşadığı mənzilində dünyasını dəyişib. /olay.az
Milli.Az