Sevil Mikayılovanın Ümumdünya Parlamentlərarası İttifaqının "YouTube" kanalına müsahibəsi - VİDEO

8 Aprel 2025 18:05

Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, qurumun Gender Pariteti Qrupunun üzvü, Milli Məclisin deputatı Sevil Mikayılova IPU-nun rəsmi "YouTube" kanalına müsahibə verib.

Qeyd edək ki, IPU-nun Gender Pariteti Qrupu 4 üzvdən ibarətdir və onun vəzifələrinə dünya ölkələrinin parlamentlərində gender balansının təmin edilməsinə nəzarət daxildir.

Müsahibə 2025-ci ilin fevralında ABŞ-nin Nyu-York şəhərində lentə alınıb. S.Mikayılova Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Milli.Az