Bulvarda meyiti tapılan Fəridin FOTOsu

8 Aprel 2025 17:38

Xəbər verdiyimiz kimi, Bakı bulvarında dənizdən meyit tapılıb.

Milli.Az bildirir ki, Bakıda Dənizkənarı Milli Park ərazisində, dənizdən tapılan meyitin kimliyi məlum olub.

Meyit bir neçə gün əvvəl itkin düşmüş 2003-cü il təvəllüdlü Fərid Məmmədova məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, 22 yaşlı Fərid Məmmədov bu ilin aprelin 1-də işdən çıxıb, lakin evinə gəlməyib.

O, itkin düşmüş kimi axtarılırdı. /Teleqraf

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az