Sürücülərin DİQQƏTİNƏ

8 Aprel 2025 16:31

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az