Tovuzda itkin düşüb tapılan məktəbli sığınacağa verildi

8 Aprel 2025 15:57

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı itkin düşən qız tapılaraq ailəsinə verilmişdi.

Millli.Az xəbər verir ki, yeniyetmə aidiyyəti qurumların müvafiq qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib.

13 yaşlı qıza psixoloji dəstək göstərilməsi və reablitasiya keçməsi üçün işlər gedir.

"Qızla psixoloq işləyir, vəziyyəti normaldır. Məktəbini də dəyişmişik. Təhsilini də davam etdirir".

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində yeniyetmənin yeri  Gəncə şəhərində müəyyən edilərək ailəsinə təhvil verilmişdi.  

Asya
Milli.Az