Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq

8 Aprel 2025 11:38

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq.

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq.

"Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir", - deyə o qeyd edib.

Milli.Az