Cəmi 3 filmə çəkildikdən sonra ekranlarla vidalaşan və "100 Numaralı Adam" filmindəki "Amma mən bakirəyəm" sözləri ilə yadda qalan Oya Akkartalın son halını görənlər inana bilmir.
Bir dövrə damğa vuran "Yeşilçam" filmlərində çox qısa müddət yer alsa da çoxlarının tanıdığı simalardan biridir.Oya Akkartal,başqa adla Oya Öge cəmi 3 filmdə rol alsa da canlandırdığı "saf qız" obrazı ilə yaddaşlarda qalıb.
"Baldız", "100 Numaralı Adam" və "Küçük bey" filmlərində rol alan aktrisanın son görüntüsü gündəm olub. Sosial şəbəkədə yayılan bu görüntü böyük təəccüb yaradıb.
Milli.Az fotonu təqdim edir:
İsmayıl
Milli.Az