Azərbaycanda zəlzələ oldu

8 Aprel 2025 06:23

Aprelin 8-də yerli vaxtla saat 00.35-də Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda 3,7 maqnitudalı zəlzələ olub.

Milli.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.

Milli.Az