Mağaza sahibi oğrulardan qorunmaq üçün maraqlı üsula əl atdı

8 Aprel 2025 07:28

Mağaza sahibi əmlakını oğrulardan qorumaq üçün maraqlı üsula əl atıb.

Milli.Az xəbər verir ki, o, mağazanın giriş qapısına asdığı elan sosial şəbəkələrdə yayılıb:

"Hörmətsiz oğrular, mağazada kamera var. "TikTok"da məşhur olmaq istəmirsizsə, yanlış hərəkətlər etməyin. Cəriməsi 1000 manatdır". 

Həmin görüntü sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Asya
Milli.Az