"Ancaq "həyasızlıq" edirlər"

8 Aprel 2025 01:01

"Elə insanlar var ki, bizim mədəniyyəti satırlar. O ifaçılar şəxsi həyatlarını danışıb bu yolla özlərini gündəmə gətirdilər. İnsanlarda da bu maraq yaradır".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə "Afaqla 10-lar" verilişində deyib. Sənətçi şəxsi həyatı ilə gündəmə gələnləri tənqid edib:

"İnsanlar maraqlanır ki, bu ifaçı bu qədər şəxsi həyatından danışır, girim görüm bu nə oxuyur. Bu cür ifaçılar məşhurlaşır. İndi onları efirlərdən yığıb-yığışdırmaq olmur. Onlar adamın üzünə elə dururlar ki, bir söz belə deyə bilmirsən.

Biz sırf sənətdən, musiqidən danışırıq. Onları tənqid də etsək sırf oxuduğu musiqi janrlarından danışırıq. Amma onlar şəxsiyyətə keçib, təhqir edib, hər şeyi qalmaqala çevirirlər. O ifaçılar bizdən fərqli olaraq sənətdən danışmırlar. Çünki onların sənəti yoxdur. Ona görə də yalnız həyasızlığa salırlar. Bu yollara əl atırlar. Onlar əgər özlərinə bu qədər güvənirdilərsə, indi artıq çox verilişlərə gəlmirlər, artıq naz edirlər. Reklamlarını sırf sosial şəbəkələrdə edərdilər". /Axşam.az

Milli.Az