Atasına bıçaqla xəsarət yetirməkdə ittiham olunan 25 yaşlı Ömər Soltanov cəzadan azad edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi ekspertiza rəyləri və prokurorun təklifi əsasında belə hökm çıxarıb.
Sonuncu iclasda Ömərin atası oğlunu bağışladığını, artıq psixi vəziyyətinin də yaxşı olduğu üçün sərbəst buraxılmasını istəyib. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi tanınmış anası da oğlunun digər xəstəliklərinin müalicəsi üçün evə buraxılmasını xahiş edib.
Aytən Əliyevanın sədrlik etdiyi hakimlər Öməri verilmiş ittihamla təqsirli hesab ediblər. Amma hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, cəza çəkmək əvəzinə Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə olunacaq.
Milli.Az