85 yaşlı kişi faciəvi şəkildə öldü

7 Aprel 2025 15:21

Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.

Milli.Az bildirir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.

Naxçıvan şəhər sakini, 1940-cı il təvəllüdlü Əsədov Tofiq Həbib oğlu ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, ötən gecə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az