"Əmək pensiyaları haqqında" Qqanunda güzəştli şərtlərlə pensiya hüququ eyni zamanda keyfiyyət meyarları ilə təmin edilməlidir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
"Uşaqların sayına görə analar daha tez pensiyaya çıxmaq hüququ qazana bilərlər.
Uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılması təmin edilə bilər. Bu da ana və ataların daha tez pensiayya çıxması aspektindən vacibdir", - deyə millət vəkili bildirib.
Qeyd edək ki, hal-hazırda ümumi qaydada yaşa görə əmək pensiyası üçün yaş həddi kişilər üçün 65 yaş, qadınlar üçün isə - 01.07.2024-cü il tarixindən 01.07.2025-ci il tarixinədək pensiya yaş həddi 64 yaş müəyyən edilib.
Milli.Az