İnsult keçirən Fatma Mahmudova ilk dəfə efirdə

7 Aprel 2025 14:44

Xalq artisti Fatma Mahmudova insult keçirdikdən sonra ilk dəfə efirə çıxıb.

Milli.Az xəbər verir ki, o, "Tarixin bir günü" verilişinə dəvət olunub. Səhhətindən danışan F.Mahmudova yaxşı olduğunu, həmçinin yeriyə bildiyini deyib:

"Allahıma şükür edirəm. Mən artıq o dünyadan geri dönmüşəm. İki aydır burada yox idim, amma bu gün sağamsa, bunu yalnız Allahın iradəsi ilə baş verdi. Bəlkə də, kiməsə yaxşılıq etmişəm ki, hələ də yaşayıram. Hazırda heç bir verilişə qatılmağa imkanım yoxdur. Bütün bu problemlər illərlə yığılmışdı. 1991-ci ildə ağır bir qəza yaşamışdım, terrorun ilk qurbanı mən olmuşam. Gəncənin girişində avtobus partladı və mən həmin avtobusda idim. Bu yaşadıqlarım indi özünü göstərir. Yaxşı ki, belə oldu. Əgər belə baş verməsəydi, bəlkə də bir çox insanı tanımayacaqdım. Bir çox yeni insanı və həqiqətləri kəşf etdim."

Xatırladaq ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra sağlamlığının qaydasında olduğunu demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilmişdi. 

Asya
Milli.Az