Bursada 19 yaşlı universitet tələbəsi şəxsiyyət məlumatlarının başqası tərəfindən ələ keçirildiyini, evə gələn həbs qərarı ilə "oğurluq" ittihamı ilə Silivridəki Marmara Cəzaevində həbsdə olduğunu öyrənib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, Pamukkale Universiteti İnsan və Cəmiyyət Elmləri Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölümü 1-ci kurs tələbəsi Gizem Y.-nin 2024-cü ilin yanvar ayında, Gemlik rayonundakı evinə gələn məhkəmə çağırışı ilə ortaya çıxıb.
İstanbulda bir geyim mağazasından oğurluq hadisəsi ilə əlaqədar gələn bildiriş qarşısında ailəsi ilə şok yaşayan Gizem Y., dostu olan Vəkil Kemal Kapardan kömək istəyib. Vəkil Kapar apardığı araşdırmada, vəkalətini aldığı Gizemin "Oğurluq" və "Kiçik yaşda uşağa cinsi istismar" cinayətlərindən qeydi olduğunu və bu cinayətlərdən bəziləri səbəbilə həbsxanasında olduğunu öyrənib. Gənc qadın yaşadığı psixoloji problemlər və çaresizlik nəticəsində universitet təhsilinə ara vermək məcburiyyətində qalıb.
Cinayətləri törədən 17 yaşlı yeniyetmə saxlanılıb. O, məhkəmədə hər şeyi etiraf edib.
Gizem. Y isə məhkəmə zalından sərbəst buraxılıb.
Kənan
Milli.Az