Metroda digər sərnişinləri vecinə almadan kokain çəkdi - FOTOlar

7 Aprel 2025 18:05

London metrosunda baş verən bir hadisə, ictimai nəqliyyatda artan cinayət nisbətləri ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, işdən çıxıb evinə getmək üçün metroya daxil olan sərnişinlərdən biri qarşısında kokain istifadə edən birini görüb və həmin anları lentə alaraq sosial mediada paylaşıb.

Anonim qalmaq istəyən sərnişin hadisəni belə izah edib: "İşdən gəlirdim. Qarşımda çirkli, dağınıq görkəmli birini gördüm. İlk öncə evsiz olduğunu və kokainin təsirindən insanların uzaqlaşdığını düşündüm. Sonra kiçik bir metal piponun alovlandırmağa çalışdığını gördüm. Əvvəlcə sarxoş olduğunu düşündüm və "Dostum, bunu burada edə bilməzsən" dedim, amma sonra kokain çəkdiyini anladım".

Hadisədən sonra London Nəqliyyat İdarəsi (TfL) mövzu ilə bağlı araşdırma başladıb. Mütəxəssislər metro sistemində təhlükəsizliyin artırılması üçün daha geniş tədbirlərə ehtiyac olduğunu qeyd edirlər.

London şəhərində ictimai nəqliyyatda cinayət nisbətləri 2016-cı ildən bəri davamlı olaraq artmaqdadır. Statistikalar hər 1 milyon sərnişinə görə baş verən cinayət hadisələrinin 9-dan 21-ə yüksəldiyini göstərir. Aparılan analizlərə görə, paytaxtın ən təhlükəli stansiyası "Docklands Light Railway" xəttindəki "Poplar" dayanacağıdır.

Kənan
Milli.Az