Türkiyə limon ixracatını dayandırır - Bu səbəbdən

7 Aprel 2025 12:36

Türkiyə Ticarət Nazirliyi ölkənin cənub bölgələrində artan don hadisələri səbəbindən limon ixracatının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Nazirlik tərəfindən yayımlanan rəsmi bülletenə əsasən, Adana, Mersin və Hatay bölgələrində şaxta hadisələrinin intensivliyi kənd təsərrüfatına ciddi zərər vuracaq səviyyəyə çatıb. Bu səbəbdən daxili bazarda məhsul qıtlığı və qiymət artımının qarşısını almaq məqsədilə limon ixracı dayandırılıb.

Nazirlikdən bildirilib ki, "Bazar şərtləri yaxından izləniləcək və ehtiyac yaranacağı təqdirdə əlavə tədbirlər də nəzərdən keçiriləcək."

Qərar 8 aprel 2025-ci ildən qüvvəyə minəcək.

Milli.Az