Gəncədə “Musiqidə milli ənənələrin təcəssümü” mövzusunda elmi-praktiki seminar keçiriləcək

7 Aprel 2025 16:47

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə Dövlət Universitetinin dəstəyi ilə 2025-ci ilin 8 aprel  tarixində "Musiqidə milli ənənələrin təcəssümü" mövzusunda elmi-praktiki seminar keçiriləcək.

Gəncə Dövlət Universitetində baş tutacaq seminarın məqsədi milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmaqdır.  
Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı planlaşdırılıb. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az