ABŞ-li aktyor Cene Hekmanın həyat yoldaşı Betsy Arakava fevral ayında hantavirus səbəbindən dünyasını dəyişib. Kaliforniyada isə bu virusdan daha üç nəfər həyatını itirib. Rəsmilər bu vəziyyətdən narahatdır.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Betsy Arakavanın ölümünə səbəb olan hantavirusun ağciyərini zədələdiyi təsdiqlənib. Kaliforniyada bu həftə hantavirus səbəbindən üç nəfər daha ölüb.
Hantavirüs siçanlar və digər kiçik heyvanlar vasitəsilə insanlara keçən və ciddi xəstəliklərə səbəb olan virus növüdür. Bu virus insanlara əsasən siçanların sidiyi, nəcisi və tükündən yayıla bilər. Hantavirüs, əsasən iki müxtəlif xəstəlik növünü törədir: Hantavirus pnevmoniyası (HPS) və Hantavirus böyrək sindromu (HFRS).
Hantavirus pnevmoniyası ağciyərlərdə ciddi infeksiya yaradır və ölüm riski var. Bu xəstəlik yüksək hərarət, əzələ ağrıları, baş ağrısı və tənəffüs çətinlikləri ilə başlayır və ənəffüs çatışmazlığına gətirib çıxara bilər. Hantavirus böyrək sindromu isə böyrəkləri zədələyir və qan təzyiqi problemləri yaradır.
Hantavirüsün insanlara keçməsi əsasən kontaminasiya olmuş havanın nəfəs yoluyla alınması ilə baş verir. Virus birbaşa siçanlarla təmasda olduqda da yayıla bilər. Bu səbəbdən hantavirüsə qarşı əsas qorunma tədbirləri, siçanların olduğu ərazilərdən uzaq durmaqdır.
İsmayıl
Milli.Az