BMT-nin UNCTAD qurumunun yeni hesabatına görə süni intellektin bazar dəyəri 2033-cü ildə 4.8 trilyon dollara çatacaq. Bu, Almaniya iqtisadiyyatının ümumi dəyəri ilə eyni səviyyədədir.
Milli.Az cnbc-yə istinadla xəbər verir ki, süni intellektdən əldə olunan gəlirlər əsasən ABŞ və Çin kimi ölkələrdə toplanır. Dünyadakı tədqiqat və texnoloji inkişaf işlərinin böyük hissəsi cəmi 100 böyük şirkət tərəfindən aparılır. Apple, Microsoft və Nvidia kimi şirkətlərin dəyəri isə Afrika qitəsinin ümumi iqtisadiyyatına bərabərdir.
Hesabatda qeyd olunur ki, süni intellekt məhsuldarlığı artırır və yeniliklər yaradır. Amma eyni zamanda iş yerlərinin 40 faizinə təsir edə bilər. Bu da xüsusilə inkişaf etməkdə olan ölkələr üçün təhlükə yaradır.
UNCTAD bildirir ki, ölkələr süni intellektə nəzarəti gücləndirməli, bacarıqlı kadrlar yetişdirməli və texnologiyaya bərabər çıxış imkanı təmin etməlidirlər. Əks halda, mövcud bərabərsizliklər daha da dərinləşəcək.
İslam
Milli.Az