"Tanış olanda hər şey filmlərdəki kimi idi..." - Bakılı ərindən boşanan Alsu - FOTO

7 Aprel 2025 10:15

Müğənni Alsu 18 illik evliliyindən sonra boşandığı keçmiş əri Yan Abramovla münasibətlərinin necə başladığını danışıb.

Milli.Az xəbər verir ki, 41 yaşlı sənətçi "Tema" şousu zamanı bununla bağlı sualları cavablandırıb:

"20 il əvvəl, yeni tanış olanda hər şey filmlərdəki kimi çox gözəl idi. Yəni, bilmirəm, minlərlə çiçək, inanılmaz sürprizlər, atəşfəşanlıq, hədiyyələr. Belə böyük jestlər. Özümü həqiqətən də nağıldakı kimi hiss etdim. Bütün bunlar, əlbəttə ki, gözəldir, amma daha önəmlisi bundan sonra nə olacağıdır".

Qeyd edək ki, Alsu və Yan Abramov ötən ilin mayında ayrılıb və avqustda rəsmi boşanıblar. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və səkkiz yaşlı Rafael. Ayrılığa səbəb Abramovun xəyanəti, o cümlədən Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibəti olub. Onlar 30 milyard rubl dəyərində əmlakı bölməlidirlər. (axsam.az)

Milli.Az