Cem Yılmazın bu addımı hər kəsi heyrətləndirdi - FOTO

7 Aprel 2025 07:51

Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabını bağlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, son günlər ölkə gündəmindəki məsələlər ilə bağlı tez-tez tənqid edilən C.Yılmaz 16 milyondan çox izləyicisi olan hesabını bağlamaq qərarına gəlib.

O, Türkiyənin bir sıra məşhur simaları kimi "Bluesky" sosial şəbəkəsinə keçib.

Qeyd edək ki, türkiyəli məşhurlar son günlər sözügedən sosial şəbəkədə hesab açmağa başlayıblar.

Milli.Az