Türkiyədə bu platformaya giriş bloklandı

6 Aprel 2025 21:44

Türkiyədə Rusiyanın "Rutube" videohostinqinə giriş bloklanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyə İnformasiya Texnologiyaları İdarəsi qərar çıxarıb.

Qərarda bloklanmaya səbəb kimi sözügedən platformada qanunsuz mərc oyunlarına dair reklamların yer alması göstərilir.

Qeyd edək ki, bloklama qərarı məhkəmə deyil, bilavasitə tənzimləyici tərəfindən qəbul edilib.

Milli.Az