“Qarabağ”da ciddi itki - FOTO

6 Aprel 2025 21:00

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Zirə" ilə qarşılaşan "Qarabağ"ın heyətində ciddi itki olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Kadi Borges zədələnib. 

O, 53-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Kadinin yerinə Aleksey Kaşuk meydana daxil olub. 

Qeyd edək ki, hazırda davam edən matçda "Qarabağ" 1:0 üstünlüyə malikdir. Yeganə qolu da Kadi cərimə zərbəsindən vurub.

Milli.Az