Avropa nəhəngləri 14 yaşlı bu istedadın arxasınca düşüblər - FOTO

6 Aprel 2025 18:54

Bu yaxınlarda "Nike" ilə şəxsi dəstək müqaviləsi imzalayan 14 yaşlı vunderkind Cey Qabriel, şənbə günü "Mançester Yunayted"in U18 komandasında "Lids"ə qarşı debüt edərk, tarixə düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun tam adı Cozef Junior Andreu Qabrieldir və o, ölkənin ən böyük istedadlarından biri hesab olunur.

"Barselona", ​"Real" və "Bavariya" onun izinə düşüblər. Onlar bu istedadı "Yunayted"dən qoparacaqlarına ümid edirlər.

14 yaşlı hücumçu "Mançester Yunayted"in gənclər komandasında debüt edən ən gəns oyunçu oldub.

O, 63-cü dəqiqədə meydana çıxıb, dubl edib və klubu 13:1 hesabı ilə qalib gəlib.

Demək olar ki, matç başa çatdıqdan dərhal sonra gənc oğlanın hərəkətlərini əks etdirən video çarx ortaya çıxıb.

Azarkeşlər onu texnikasına görə Neymara bənzədirlər.

Milli.Az