Yeniyetmə boks komandamız Özbəkistana yollandı

6 Aprel 2025 18:42

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana təlim-məşq toplanışı keçmək üçün yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Hər iki komanda Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi bu gün başlayıb və aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də təşkil olunacaq.

Bu toplanış, boksçularımızın hazırlığını daha da gücləndirmək məqsədini daşıyır.

Milli.Az