"Tənqidlərə görə verilişi dayandırdıq"

6 Aprel 2025 18:35

Aparıcı Elgiz Əkbər evlilik verilişinin bağlanmasının səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda öz verilişində danışan Elgiz buna tənqidlərin səbəb olduğunu deyib:

"İctimaiyyətin münasibəti bizim üçün önəmlidir. Bu verilişlərdə tamaşaçı üçündür. Əgər hansısa mövzu tamaşaçıda qıcıq yaradırsa, etmirik. Onların qəsdinə dayanmayacağıq ki... Çox tənqid etdilər. Biz də bu məsələni saxladıq". 

Milli.Az