Bizə ordu lazımdır, yoxsa məğlub olacağıq... - Zensburq

6 Aprel 2025 16:28

Mümkün müharibəyə tab gətirmək üçün bizə böyük ordu lazımdır.

Milli.Az xəbər verir ki, bunu Almaniya Veteranlar İttifaqının rəhbəri Patrik Zensburq deyib.

"Almaniyanın tammiqyaslı müdafiəsi üçün 300 000 - 350 000 hərbçiyə ehtiyacı var. NATO-nun şərq cinahında mümkün müharibədə gündəlik itkilər 5000-ə çata bilər", - Zensburq bildirib.

Onun sözlərinə görə, kadr çatışmazlığı Almaniya ordusunun ən böyük problemidir:

"Almaniyalı siyasətçilər buna göz yumurlar, çünki seçicilərdən qorxurlar. Onlar əhaliyə açıq şəkildə bəyan etməlidirlər ki, hərbi xidmət olmadan biz qarşımıza qoyduğumuz vəzifələrin öhdəsindən gələ bilməyəcəyik və müharibədə məğlub olacağıq".

Qeyd edək ki, Almaniya 2011-ci ildən həqiqi hərbi xidməti ləğv edib./axar.az

Milli.Az