Qaxda torpaq sürüşməsi oldu - yol bağlandı

6 Aprel 2025 16:00

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ləkit kəndində, "Mamırlı" şəlalə ərazisində olub.

Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb.

Nəticədə çaya tökülən torpaq çayda balaca göl yaranıb.

Milli.Az