"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin növbəti mövsümə harada başlayacağı futbolsevərləri maraqlandıran əsas mövzulardandır.
Milli.Az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin xidmətində bir neçə tanınmış Avropa klubları, o cümlədən Zaqreb "Dinamo"su və "Panatinaikos" maraqlı olsalar da, Ağdam təmsilçisi onu buraxmaq niyyətində deyil.
"Ağ-göylər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq Marko yalnız onu istəyən klublar Azərbaycan təmsilçisinin tələb etdiyi məbləği ödəməyə razı olacaqları halda, sayıla bilər. Hərçənd bunun baş verəcəyi də o qədər də inandırıcı deyil. Artıq "Dinamo" "qəpik-quruş"la bu keçidi həll edə bilməyəcəyi barədə məlumatlıdırsa, "Panatinaikos"u da eyni aqibət gözləyir.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan Yankoviç 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb./fanat.az
Milli.Az