İranda zəlzələ oldu

6 Aprel 2025 15:06

İranda Fars əyalətinin Lamerd şəhərində yerli vaxtla saat 10:17-də 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend "Mehr" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Təhlükəsizlik orqanları və xilasedicilər vəziyyəti nəzarətdə saxlayır.

Milli.Az