"Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşdi

6 Aprel 2025 11:58

Maks Ferstappen "Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi olub.

Milli.Az xəbər verir ki, "Red Bull" komandasının niderlandlı pilotu "Suzuka" avtodromunda keçirilmiş yarışda finiş xəttinə birinci çatıb.

"Formula-1" üzrə dünya çempionatının üçüncü mərhələsində ikinci yeri "McLaren"in britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

Milli.Az