Bakıda bu tarixdə hava kəskin pisləşəcək, temperatur 10° enəcək

6 Aprel 2025 10:09

Bakıda hava şəraiti kəskin pisləşəcək.

Milli.Az xəbər verir ki, aprelin 10-dan etibarən paytaxtda yağış yağacaq. 

Havanın temperaturu gündüz 13 dərəcə təşkil edəcək. Bu da əvvəlki günlərə nisbətən 8-10 dərəcə aşağı deməkdir.

Aprelin 13-dən etibarən isə paytaxtda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.

Milli.Az