Gəncədə ana və iki övladı qidadan zəhərləndi

6 Aprel 2025 07:49

Gəncədə ana və iki övladı qidadan zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az