19:38
Dünən Biləsuvarda ticarət mərkəzində baş verən insidentlə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın xəbərinə görə, ticarət mərkəzindəki aptekin sahibi olan 45 yaşlı İkram Babayev və təsərrüfat malları satışı ilə məşğul olan 2003-cü il təvəllüdlü Samir Abbaszadə arasında mübahisə olub.
İkram Babayev həmyerlisini onu mobil tətbiq vasitəsilə izləməkdə ittiham edib. Daha sonra İkram Babayev Samir Abbaszadəyə soyuq silahla zərbə endirib.
Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ticarət mərkəzində fəaliyyət göstərən digər şəxslər hər iki tərəfin əvvəllər normal münasibətə malik olduğunu bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, insidenti törətməkdə şübhəli bilinən İkram Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırma davam etdirilir.
--------
08:48
Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Əkrəm Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
----------
22:47
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az-ın verdiyi xəbərə görə Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.
Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az