"Real"a son saniyə şoku: 17 ildən sonra məğlub oldu

5 Aprel 2025 21:21

İspaniya La Liqasının XXX turunda "Real Madrid" evdə "Valensiya"ya 1:2 hesabı ilə məğlub olub. 

Milli.Az xəbər verir ki, "Kral klubu" 17 il sonra "Santyaqo Bernabeu"da "yarasalar"a uduzub. Bu, rəqib komandanın ilk səfər qələbəsi olub. Oyunda hesabı 17-ci dəqiqədə Muxtar Diakabi açıb. Vinisius Junior 50-ci dəqiqədə hesaba tarazlıq gətirsə də, son nöqtəni 90+5 dəqiqədə Hüqo Duro qoyub. 

Milli.Az