Türkiyədə ağır qəza - 4 nəfər öldü

5 Aprel 2025 19:10

Türkiyədə ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.

Milli.Az xəbər verir ki, hadisə İstanbulun Pendik rayonunda baş verib.

Belə ki, "Hyundai" markalı avtomobil qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 4 nəfər həyatını itirib.

Faktla bağlı yerli istintaq orqanları tərəfindən araşdırma aparılır. /APA

Milli.Az