Rusiya Ukraynanın 49 PUA-sını vurdu

5 Aprel 2025 12:48

Ötən gecə Rusiya 49 Ukrayna pilotsuz uçuş aparatını vurub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, PUA-lardan 16-sı Voronej vilayətində, 14-ü Belqorod vilayətində, 6-sı Kursk vilayətində, 6-sı Samara vilayətində, 3-ü Mordoviya Respublikasında, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov və digəri isə Penza vilayəti üzərində məhv edilib.

Asya
Milli.Az