7,2 ballıq zəlzələ oldu: Sunami təhlükəsi var

5 Aprel 2025 00:31

Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ 18 mindən çox əhalisi olan Kimbe şəhərindən 182 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 49 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində dağıntı və tələfat haqqında məlumat yoxdur.

ABŞ Meteorologiya Xidməti zəlzələ ilə əlaqədar sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az