Myanmada zəlzələ oldu

4 Aprel 2025 21:34

Myanmada 4,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Mandalay şəhərindən 41 km cənubda yerləşib. Təkanların ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
 

Milli.Az