Bakıda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

4 Aprel 2025 20:35

Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılıb.

Milli.Az  xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2023-cü il təvəllüdlü Malik Cavid oğlu Abbaslı yaşadığı evin 2-ci mərtəbəsindən, pəncərədən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş M.Abbaslının vəziyyəti qənaətbəxşdir. /oxu.az

Milli.Az