Əliqismət Lalayev işdən çıxarıldı - Yeni TƏYİNAT

4 Aprel 2025 18:10

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

Milli.Az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib.

Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Akademik Musiqili Teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub. / APA

Milli.Az