Maskın səhhəti pisləşdi

3 Aprel 2025 22:24

Amerikalı sahibkar İlon Mask səhhətinin müvəqqəti pisləşdiyini, lakin günün sonuna kimi sağalacağına ümid etdiyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə o, X şəbəkəsində hesabında yazıb.

Mask xəstəliyinin səbəbini açıqlamayıb, lakin vəziyyətinin stabilləşəndən sonra canlı yayım edəcəyini qeyd edib.

Milli.Az