"Mançester Yunayted" 17 yaşlı Dağıstan əsilli futbolçunu transfer etdi - FOTO

3 Aprel 2025 22:06

İngiltərənin "Mançester Yunayted" klubu Dağıstan Respublikasında (RF) doğulmuş futbolçu Əmir İbrahimov ilə müqavilə imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Sözləşmənin detalları açıqlanmayıb.

Bu, 17 yaşlı yarımmüdafiəçinin ilk peşəkar müqaviləsidir.

Qeyd edək ki, Ə.İbrahimov bu mövsüm U-18 çempionatında "Mançester Yunayted"in heyətində 16 oyuna çıxıb və 6 qol vurub.

Milli.Az