"Şakir Paşa ailəsi"nin aktyoru sərbəst buraxıldı

3 Aprel 2025 21:57

"Şakir Paşa ailəsi: Mucizeler ve Skandallar" serialında baş rollardan birini canlandıran aktyor Cem Yiğit Üzümoğlu sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, aktyorun ölkədən çıxışına isə qadağası qoyulub.

Onun saxlanılmasının səbəbi isə votsapda qrup açaraq, insanları boykota dəstək verməyə dəvət etməsi olub.

Milli.Az