Yol qəzaları artmaqda və can almaqda davam edir

31 May 2010 13:55
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyevin Milli.Az xəbər portalına verdiyi məlumata görə, baş vermiş yol qəzalarında 20 nəfər ölüb, 116 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları 19, ölüm 1, xəsarət isə 38 fakt artıb.

C.Hənifəyev bildirib ki, bu ilin 5 ayı ərzində Bakıda 69 min 369 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb ki, bunlardan nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 4122, sürət həddinin aşılması üzrə 8978, ötmə qaydalarının pozulması üzrə isə 9973 fakt təşkil edib.

Həmçinin qəza şəraiti yaradan 1364, polisə tabe olmayan 681, işıqforun qırmızı işığında keçən 6012, nəqliyat vasitəsinin dövlət nömrə nişanı olmadan idarə edən 350, "sren" siqnala yol verməyən 220, avtoxuliqanlıq edən 252, pərdə, plyonka istifadə edən 2137 sürücü cərimələnib.

Anar Məmmədov
Milli.Az