Sinqapur Prezidenti Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

3 Aprel 2025 16:17

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu bayram dünyada insanlar arasında birlik və həmrəylik ruhunun gücləndirilməsi üçün mühüm imkandır.

Sizə və yaxınlarınıza xoşbəxtlik və uğurlar arzulayıram".

Milli.Az