ABŞ NATO-dan çıxmayacaq - Rubio

3 Aprel 2025 20:20

ABŞ NATO-nun üzvü olaraq qalacaq. Hazırda Birləşmiş Ştatların hərbi blok çərçivəsində fəaliyyəti əvvəlkindən daha yüksəkdir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

"Birləşmiş Ştatlar NATO-nun bir hissəsidir və biz əvvəlki kimi təşkilatın fəal iştirakçısı kimi qalırıq. Prezident Donald Tramp NATO-nu dəstəklədiyini və ABŞ-ın alyansda qalacağını açıq şəkildə ifadə edib", - deyə Dövlət katibi bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bloka daxil olan hər bir dövlətdən müdafiə xərclərini ümumdaxili məhsullarının beş faizinə çatdırmaq öhdəliyi götürməyi tələb edəcək.

Xatırladaq ki, martın 10-da amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Birləşmiş Ştatların NATO-dan çıxmalı olduğunu deyib. Onun fikrincə, Vaşinqtonun Avropanın təhlükəsizliyi üçün pul xərclməsinin mənası yoxdur.

Milli.Az