Fransada qәzaya uğrayan tәyyarәdә azәrbaycanlı olmayıb
25 Mart 2015 18:46
Fransada qәzaya uğrayan "Airbus A320" sərnişin tәyyarәsindә azәrbaycanlı olmayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlәr Nazirliyinin sözçüsü Hikmәt Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Almaniya Xarici İşlәr Nazirliyindən Azərbaycanın Almaniyadakı səfirliyinə verilən məlumata görə, qəzaya uğramış təyyarədə Azәrbaycan vətəndaşı uçmayıb: "Amma araşdırmalar davam etdirilir".
Xatırladaq ki, martın 24-də gündüz saatlarında "Germanwings" şirkətinə məxsus "Airbus A320" təyyarəsi Barselonadan Düsseldorfa uçarkən Fransanın cənub-şərqində qəzaya uğrayıb. Son məlumata əsasən aviaqəzada 150 nəfər ölüb. Sərnişinlər arasında Almaniya, İspaniya, Qazaxıstan, Argentina, ABŞ, Kolumbiya, Meksika, Belçika, Mərakeş, Avstraliya, Danimarka və Yaponiya vətəndaşları olub.
Milli.Az